Kateqoriyalar:
-
Uşaq məhsulları
Diş fırçası Biomed Silver Medium
14,00 ₼ Выберите параметры Этот товар имеет несколько вариаций. Опции можно выбрать на странице товара.
Kateqoriyalar:
-
Uşaq məhsulları
Diş fırçası Biomed Silver Medium
14,00 ₼ Выберите параметры Этот товар имеет несколько вариаций. Опции можно выбрать на странице товара.
Kateqoriyalar:
-
Uşaq məhsulları
Diş fırçası Biomed Silver Medium
14,00 ₼ Выберите параметры Этот товар имеет несколько вариаций. Опции можно выбрать на странице товара.
Uşaq diş fırçaları
Bildiyimiz kimi dişlərimizin sağlamlığı onlara göstərdiyimiz qayğının mütəmadiliyi və keyfiyyətindən asılıdır. Gündəlik gigiyenaya uşaqları öyrətmək daha vacibdir çünki məhz bu dövrlərdə düzgün vərdişlər və dişləm əmələ gəlir. Gigiyenanın keyfiyyəti biləvasitə düzgün diş fırçası və məcunu seçimindən asılıdır.
Uşaq üçün necə diş fırçası seçimi edək? Hansı fırçalar daha uyğundur?
Seçim edərkən valideynlər nəzərə almalıdılar ki, uşaqların ağız boşluşu fərqlidir: diş minası nazikdir, ağız boşluğu böyüklərdən daha kiçikdir, estetik qavrayış fərqlidir.
Dişlərin qeydinə birinci süd dişi əmələ gəldiyindən dərhal sonra qalmağa başlamaq lazımdır. Lap balaca körpələr üçün xüsusi qısa silikon tükcüklü fırçalar mövcuddur. Onlar körpələrə tam uyğundur çünki lazımlı olan bütün xüsusiyyətləri özlərində cəmləşdirir: təmizləmə səthinin kiçik forması, inkişaf edən mina qatının zəifliyi.
Dis fırçası seçimində stomatoloqlar valideynlərə bu xüsusiyyətlərə nəzər yetirməyi məsləhət görürlər:
Başlığın ölçüsü və forması
Tutacağın rahatlığı
Tükcüklərin yumşaqlığı
Dizayn
Yaş dövrünə uyğunluq
Uşaq diş məcunları
Valideynlərin əksəriyyəti düşünür ki, uşaqlarda süd dişləri olduğu və sayının az olduğu müddətdə onları təmizləmək lazım deyil. Bu belə deyil. Stomatoloqlar əmindirlər ki, dişlər çıxandan və sərt qida qəbul etməyə başladıqdan dərhal sonra ağız boşluğu gigiyenası öyrədilməlidir. Ancaq ana südü ilə qidalandığı müddətdə kariesin əmələ gəlmə ehtimalı çox azdır, ümumi qidalanmaya keçdikdə isə uşaqların dişləri böyüklərin dişlərindən daha həssas olur.
Təbii ki, əvvəlcə körpələrin dişlərini valideynləri pambığın üstünə məcun əlavə edərək təmizliəməlidirlər (noxud dənəsi boyda məcun məsləhət görülür).
Fərdi gigiyenaya uşaqları qaşıq tuta biləcəyi yaşdan, 2,5 yaşından öyrədilməlidir. Buna qədər uşaqlara oyuncaq fırça hədiyyə etməyiniz məsləhətlidir!
Əsas məqam odur ki, uşaqlar diş təmizliyi müddətində məcunun bir qədərini udurlar, ağız yaxalamağı isə müəyyən yaşadək ümumiyyətlə bacarmırlar. Buna görə uşaqlar üçün xüsusi olaraq aşağı miqdarda fluor tərkibli məcunlar istehsal edilir.
Uşaq məcunlarının daha bir xüsusiyyəti onların daha az abrazivli olması, yəni dişləri daha yumşaq təmizləməsidir.
Buna görə 6 yaşadək uşaqlarda ancaq uşaq diş məcunları istifadə edilməli və diş fırçalamaq proseduru böyüklərin nəzarəti altında olmalıdır. Bu yaşdan sonra üşaq özü diş fırçalamağı bacarsa ümumi diş məcununa keçə bilər.







