Kateqoriyalar:
Filtr
Kateqoriyalar:
Filtr
Kateqoriyalar:
Filtr
Diş məcunları
Hamı bilir ki, dişləri gündə iki dəfə fırçalamaq lazımdır, lakin hər kəs düzgün diş məcunu seçimi edə bilmir. Reklamların təsiri altında bizə qətiyyən uyğun olmayn məcunlar əldə edirik. Bəs diş məcunu seçimində nəyi bilmək lazımdır?
Az adam mükəmməl və sağlam dişləri ilə öyünə bilər və bunun səbəbi heç də karies inkişafına meyllilik deyil. Diş minası kalsium çatışmazlığından, həddindən artıq flüordan, siqaret və qəhvə istifadəsindən zərər görə bilər. Ona görə də məcunu seçərkən bütün nüansları nəzərə almaq lazımdır: pəhriz, həyat tərzi, pis vərdişlər, mina qatının vəziyyəti, diş daşı əmələ gəlmə meyli. Düzgün seçim etməklə siz özünüzü tez-tez stomatoloq yanına getməkdən, isti və soyuq qida qəbulu zamanı xoş olmayan hissdən azad ediи, özünüzü və ətrafdakıları gözəl və sağlam gülüşünüzlə sevindirə bilərsiniz.
Mağazaya getməzdən əvvəl stomatoloqla məsləhətləşin. Həkim sizin mina və diş ətinizin vəziyyətini qiymətlədirir, xəstəliklərə və kariyesə meyili təyin edir. Stomatoloq sizə hansı diş məcununu əldə edəcəyinizi sizə məsləhət görür. Məcunlar müalicəvi və profilaktik olur.
Əgər dişləriniz həssasdırsa
Məcunun abrazivliyi aşağı olmalıdır, mina qatını zədələməməlidir. Stomatoloqların fikrinə görə üstündə RDA indeksi olan diş məcunlarını seçmək lazımdır. Yüksək həssaslıq olanda bu göstərici 75-dən aşağı olmalıdır.
Ağardıcı diş məcunları
Ağardıcı diş məcunları mina qatını ağardır, lakin süni ağ rəng verə bilməz. Bu məcunları davamlı istifadə etmək məsləhət görülmür, əks halda mina qatı nəzilə, həssaslıq arta bilər.
Antiseptik, antibakterial diş məcunları
Hər an ağız boşluğunda mikroblar artır, onların öhdəsindən ağız suyunun aktiv komponentləri gəlir. Antibakterial komponentli diş məcunları ağız boşluğunda iltihab prosesləri, stomatit və diş ətində mikroyaralar olanda istifadə edilir.
Kariyes əleyhinə diş məcunları
Karies dişlərin əsas düşmənidir. Kariesə qarşı müdafiə üçün diş məcununa istehsaçılar natrium fluorid, natrium monofluorfosfat, kalsium qliserofosfat, aminofluoridlər əlavə edirlər.




