SEROMED Fitogel PRODENT bitki kompleksi
9,15 ₼
Out of stock
“Fitogel Prodent BABY bitki kompleksi” - Dərman vasitəsi deyil! “Fitogel Prodent BABY bitki kompleksi” - tərkibindəki komponentlər sayəsində nəfəsi təravətləndirir, ağız boşluğunun selikli qişasına iltihabəleyhinə təsir göstərir, damağı bərkidir. Çobanyastığı çiçəyi, boymadərən və adaçayı ekstraktları selikli qişaya iltihabəleyhinə, bakteriosid həmçinin antiseptik təsir edir. Palid qabığı ekstraktı büzücü və iltihab əleyhinə təsir edərək damaq qanaxmasını önləyir. Nanə efir yağı tonuslandırıcı, iltihab əleyhinə yerli keyləşdirici təsirlərə malikdir, buna görə də selikli qişaya ağrıkəsici təsir edir və ağız boşluğundakı diskomfort hissini azaldır. Çaytikanı ekstrakti selikli qişanın regenerasiyasını sürətləndirir. Ağız boşlugundakı yaraların tez sağalmasını təmin edir. Xlorheksidin yerli antiseptikdir. Yerli istifadə olunmaqla, xlorheksidin, dərhal bakterisid təsir, daha sonra isə uzunmüddətli bakteriostatik təsir göstərir. Xlorheksidin uzunmüddətli səthi təsir göstərir, mikrob hüceyrəsinin membranina absorbsiya olunur, bakteriyaların artmasını ləngidir və sonradan hüceyrə membranlarını zədələyərək məhv edir. İstifadə qaydası: Prodent gel bitki kompleksi ağız boşluğunun selikli qişasına və ya damağa gündə 2-3 dəfə yeməkdən sonra sürtmək tövsiyə olunur. İstifadədən sonra 15 dəqiqə ərzində qida qəbulu və ya ağızı yaxalamaq olmaz. Əlavə təsirləri: Tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq. Yararlılıq müddəti: 36 aydır.
Tərkibi: Achillea millefolum extract, Quercus extract, Chamomilla recutita flower extract, Salvia officinalis L. Extract, Glycerin, Allantoin, Colve oil, Carbomer, Sodium Hydroxide, Sacharin Sodium, Propolis, Vitamin A, Vitamin E ,Food coloring, Aqua, Boymadərən ekstarktı, palıd qabığı ekstraktı, çobanyastığı ekstraktı, adaçayı ekstraktı, qliserin, allantoin, mixək yağı, karbomer, natrium hidroksid, saxarin duzu, propolis, A vitamini, E vitamini,qida boyası, su.


Отзывы
Отзывов пока нет.